Dəstək
Sifarişinizin sizə necə çatdırıldığı və quraşdırıldığı barədə əsas məlumatlar.
Sifariş verdikdən sonra komandamız sizinlə əlaqə saxlayaraq sifarişi, ünvanı və çatdırılma vaxtını dəqiqləşdirir. Sifariş yalnız təsdiqləndikdən sonra icraya götürülür.
Çatdırılma müddəti məhsulun anbarda olub-olmamasından, sifarişin növündən (standart və ya fərdi sifariş) və ünvandan asılıdır. Dəqiq müddət sifarişin təsdiqi zamanı sizə bildirilir.
Çatdırılma haqqı ünvana və məhsulun gabaritinə görə müəyyən edilir və sifariş təsdiqlənərkən sizə əvvəlcədən bildirilir.
Böyük gabaritli məhsulları (divan, şkaf, çarpayı və s.) komandamız yerində quraşdırır. Quraşdırma şərtləri sifarişin təsdiqi zamanı dəqiqləşdirilir.
Məhsulu qəbul edərkən qablaşdırmanı və məhsulun xarici görünüşünü yoxlayın. Hər hansı zədə aşkar etsəniz, dərhal bizə bildirin.
Çatdırılma imkanları ünvana görə fərdi şəkildə müzakirə olunur. Əlavə məlumat üçün bizimlə əlaqə saxlayın.
Sualınız var?
Bizimlə əlaqə saxlayın: +994 55 201 01 38, info@luxmebelaz.com və ya əlaqə səhifəsi.